Yazını böyüt
Yazını kiçilt
Niderlandın Frislandiya əyalətində hava şarının sərt enişi nəticəsində bir nəfər həlak olub, altı nəfər yaralanıb.
Hafta.az xəbər verir ki, bu barədə NOS telekanalı yerli fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, eniş edərkən güclü küləyin təsirindən hava şarı kəskin şəkildə aşağı enib və möhkəm yerə çırpılıb, nəticədə səbətdə olan bir neçə nəfər yuvarlanaraq yerə dəyib.
Hadisə zamanı hava şarının səbətində 34 nəfər olub.
Hadisə yerinə tibbi helikopter, təcili yardım maşını, mobil tibb briqadası və Qırmızı Xaçın fövqəladə yardım qrupu cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.