Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, məhkəmə mübahisəsi cavabdehin MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında binaya xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması ilə əlaqədar olub.
Həmin müqavilədə MMC istifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. Həmçinin, MMC tərəfindən binadakı liftlərdən kartla istifadə sistemi tətbiq edilib.
Sakinlərdən bir neçəsi xidmət haqqının ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv edilməsinin qadağan edilməsi barədə iddia qaldırıblar.
Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.
Baxılan işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsində belə bir məhdudlaşdırıcı əsas mövcud deyil, eyni zamanda mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının da liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı qərarı yoxdur.
10Mənbələr
-
news24.azBina evində yaşayanların DİQQƏTİNƏ: Ali Məhkəmə QƏRAR VERDİ ( 20351694)
-
busaat.azBina evində yaşayanların DİQQƏTİNƏ: Ali Məhkəmə QƏRAR VERDİ ( 20356377)
-
mia.azXİDMƏT HAQQINI ÖDƏMƏYƏN SAKİNLƏR: lift xidməti hansı halda dayandırıla bilər? Ali Məhkəmə vahid qərar verdi ( 20348766)
-
mia.azXİDMƏT HAQQINI ÖDƏMƏYƏN SAKİNLƏR: lift xidməti hansı halda dayandırıla bilər? - Ali Məhkəmə vahid qərar verdi ( 20348718)
-
yenisabah.azBina evində yaşayanların DİQQƏTİNƏ: Ali Məhkəmə QƏRAR VERDİ ( 20346486)
-
yenisabah.azBina evində yaşayanların DİQQƏTİNƏ: Ali Məhkəmə QƏRAR VERDİ ( 20345805)
-
referans.azAli Məhkəmə bu mübahisəyə aydınlıq gətirdi ( 20340351)
-
konkret.azLifftdən istifadəyə qadağa qoyula bilməz – Ali Məhkəmədən mühüm qərar ( 20338785)
-
azadmedia.azAli Məhkəmə: Xidmət haqqına görə liftdən istifadəyə qadağa qoyula bilməz » AzadMedia.az ( 20338545)
-
tribunainfo.azAli Məhkəmə: Xidmət haqqına görə liftdən istifadəyə qadağa qoyula bilməz ( 20332641)