AZ

Məhşur komediyaçı əlil arabasına məhkum olub

Ajans.az ABC 11-ə istinadən xəbər verir ki,hadisə Şimali Karolina ştatının Şarlotta şəhərində baş verib. Məlumata görə, ticarət mərkəzinin dayanacağında baş verən atışma nəticəsində Bredli ilə yanaşı daha iki nəfər də yaralanıb. Komediyaçı xəstəxanada çəkilən videonu sosial şəbəkələrdə paylaşaraq belindən aldığı yara səbəbindən müvəqqəti olaraq yeriyə bilmədiyini açıqlayıb. O, konsertlərini ləğv etməyəcəyini vurğulayıb və hadisədən bir gün sonra planlaşdırılan tədbirlərdən birində çıxış edib. Bredli bir neçə həftə ərzində yenidən yeriməyə başlamaq üçün kifayət qədər sağalacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, bu yaxınlarda məşhur şotlandiyalı stend-ap komediyaçısı və radio aparıcısı Fred Makoleydə prostat xərçəngi diaqnozu qoyulmuşdu. Komediyaçı xəstəlik aşkarlanana qədər heç bir simptom hiss etmədiyini açıqlamışdı.

Seçilən
120
15
Ajans.az

10Mənbələr