AZ

Bakının bəzi rayonlarında qaz olmayacaq

Xəzər, Qaradağ və Səbail rayonları ərazisindəki qaz xətlərində görüləcək təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.

Xəbər 3 dəfə oxunub.
Seçilən
59
49
xezernews.az

10Mənbələr