AZ

Tatarıstan müharibəyə gedən hərbçilərə 3,1 milyon rubl verəcək

Yazını böyüt
Yazını kiçilt

Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq Ukrayna cəbhəsinə gedən vətəndaşlar üçün birdəfəlik ödəniş Tatarıstanda 3,1 milyon rubla qaldırılıb.

Hafta.az-ın yazdığına görə, adıçəkilən respublikanın rəsmi yayımçısı “Tatmedia”nın məlumatında deyilir ki, bu qərarı Tatarıstan Rəisi Rüstəm Minnixanov verib.

Yeni ödəniş məbləği iki mənbədən ibarət olacaq. Birinci, 2,7 milyon rubl Tatarıstanın büdcəsi hesabına ödəniləcək. Qalan 400 min rubl isə Rusiya Müdafiə Nazirliyi tərəfindən veriləcək.

İyulun 31-nə olan məlumata görə, Tatarıstanda təxminən 10 min əsgər müqavilə imzalayıb. Bu artıma əvvəlki aylarda həyata keçirilən maaş artımlarının əhəmiyyətli dərəcədə təsir etdiyi bildirilir. 2025-ci ilin əvvəlindən müqaviləli əsgərlərin ödənişlərində davamlı artım müşahidə olunur: 2025-ci ilin yanvar ayının əvvəlinə 2,2 milyon rubl, 2025-ci ilin yanvar ayının sonunda 2,8 milyon rubl, 2025-ci ilin avqust ayına isə 3,1 milyon rubl.

Tatarıstanın bu addımı oxşar təşviqlərin Rusiyanın digər regionlarında da geniş yayıla biləcəyinə işarə kimi şərh olunur. Mütəxəssislər bildirirlər ki, bu cür yüksək ödənişlər xüsusilə işsizliyin yüksək olduğu regionlarda hərbi xidmətə qəbulun artırılmasında təsirli ola bilər.

Seçilən
1
hafta.az

1Mənbələr