AZ

Kevin Medina: Bu dəfə alınacaq

Idman.biz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Şkendiya" ilə matça ciddi hazırlaşmışdıq. Həqiqətən də, yaxşı qələbə oldu, yaxşı mübarizə apardıq. Rəqib də yaxşı komanda idi, onlar uğurlu nəticə əldə etmək istəyirdilər. Lakin bizdə hər şey uğurlu alındı. Həftə ərzində işlədiyimizi meydanda göstərə bildik. Qələbəyə görə çox məmnunam və çox sevincliyəm".

İdman.biz xəbər verir ki, bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın müdafiəçisi Kevin Medina deyib.

O, komandasının Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"nı Bakıda 5:1 məğlub edərək, pley-offa vəsiqə qazanmasına münasibət bildirib: "Bu mərhələdə asan rəqiblər olmur. Sadəcə biz baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirdik. Ona görə də hər şey bizdə rahat alındı. Sonda da istədiyimiz nəticəni əldə edə bildik. Biz öz işimizə, öz oyunumuza fokuslanmışıq. Qarşıdakı matçlarda da ən yaxşısı üçün çalışacağıq. Əlbəttə ki, Çempionlar Liqasında əsas mərhələyə qalmaq istəyirik. Hər il çalışırıq ki, bu istəyimizə nail olaq. Artıq bunun bir addımlığındayıq. Bilirəm ki, azarkeşlərimiz də bizdən bu nailiyyəti gözləyir. Ümid edirəm ki, bu dəfə alınacaq.

Mənə elə gəlir ki, hər mövsüm ÇL-in əsas mərhələsinə düşməyə yaxın oluruq. Şanslarımız da olur. Sadəcə fokuslanmaq lazımdır, işimizə köklənməliyik. Qismət nədirsə, o da olacaq. Biz sonuna qədər mübarizəmizi aparacağıq".

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcək. İlk oyun avqustun 19-da Budapeştdə, ikinci matç isə avqustun 27-də Bakıda təşkil olunacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
icma.az

2Mənbələr