AZ

"Həkim 13 min alıb, əməliyyat adı ilə biopsiya götürüb"

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova 9 yaşlı övladını onkoloji xəstəlikdən itirən qadının ona göndərdiyi mesajı yayımlayıb.

Publika.az Axşam.az-a istinadla xəbər verir ki, qadın övladının beyin əməliyyatı edildiyini, amma sonradan bunun həkim tərəfindən icra olunmadığını, aldadıldıqlarını iddia edib. O bildirib ki, uşağı Tural Rəhimli müalicə edirmiş.

Q.Ataşova qadınla söhbətini bu sözlərlə ifadə edib:

"Uzun müddətdir mənə müraciət edən bir ana ağır bir hekayə danışır. Əslində onu dinləyəcəkdim. Amma hər kəsin hekayəsini eşitməyə çatdırmıram. Bu gün səsli danışdıq. Qızının ölümündən sonra ana nitqini demək olar ki, itirib. Mənimlə danışanda belə çətin izah edirdi. Onun sözlərinə görə, qızını əməliyyat edən həkimə kassadan kənar 13.600 manat pul ödəyib. Sonra həkim 600 manat ailəyə qaytarıb. Ana iddia edir ki, həkim əməliyyat etdiyini deyib, amma əslində sadəcə biopsiya götürüb. Bu məlumatın doğruluğunu təbii ekspertiza deyə dilər. Nəticədə balaca qızcığaz başındakı xəstəliklə mübarizəni uduzub və həyatdan köçüb. Ana iddia edir ki, bütün dövlət və aidiyyəti qurumlara şikayət etsə də, heç bir müsbət cavab ala bilməyib. Ana iddia edir ki, araşdırmalar həkimin təsiri ilə onun mənafeyinə xidmət edir. Həm də onu deyir ki, doktor ona əməliyystla bağlı zəmanət veribmiş. Bu gün ana hadisəni detalları ilə necə, kimə, nə qədər və hansı yolla pul verdiyini səsli danışacaq. Çətində olsa danışacaq. Mən də həmin səsi sizinlə bölüşəcəyəm.

Seçilən
10
5
publika.az

6Mənbələr