AZ

Avropa müharibə rejiminə keçdi - Elə silahlar istehsal edilir ki...

Rusiya-Ukrayna müharibəsindən sonra Avropa müdafiə sənayesi Soyuq Müharibədən bəri ən böyük silah istehsalı mərhələsinə keçib.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” təhlil yazısı dərc edib.

Məlumata görə, 37 şirkətdə 150 obyekt genişləndirilir, yeni fabriklər, sursat anbarları və istehsal xətləri sürətlə tikilir. Hətta 2020-2021-ci illərdə 790 min kvadratmetr olan genişləndirmə 2024-2025-ci illərdə 2,8 milyon kvadratmetrə çatıb.

Ən iri layihələr arasında Almaniyanın “Rheinmetall” və Macarıstanın “N7 Holdinq” şirkətinin Varpalotadakı sursat kompleksi, Norveçin “Kongsberg” raket zavodu və Almaniyada “Patriot” raketləri istehsalı üçün yeni obyekt yer alır. Finlandiyanın “Nammo” şirkəti də sursat və partlayıcı istehsalını genişləndirib.

Avropa İttifaqı (Aİ) Sursat İstehsalına Dəstək Aktı (ASAP) çərçivəsində yüz milyonlarla avro maliyyə ayırıb və 1,5 milyard avroluq yeni müdafiə proqramı hazırlayır. Məqsəd təkcə sursat deyil, həm də hava hücumundan müdafiə, uzaqmənzilli raketlər və PUA istehsalını artırmaqdır.

Seçilən
16
1
publika.az

2Mənbələr