AZ

20-ci mövsüm çəkilişlərinə başladılar - Fotolar

Türkiyənin “Kanal D” kanalının məşhur serialı “Arka Sokaklar”ın 20-ci mövsümünün çəklişlərinə başlanılıb. 

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə televiziya tarixinin ən uzunömürlü serialının çəkilişlərinə aktyorlar tort kəsmə mərasimi ilə başlayıblar.

Dörd illik fasilədən sonra seriala qayıdan Alp Korkmaz və Sarp Levendoğlu da yeni simalar kimi aktyor heyətinə qatılıb. 

Serialda Rıza Baba rolunu oynayan Zəfər Ergin hələ 21-ci sezonu da qeyd edəcəklərini bildirib. 

Qeyd edək ki, “Arka Sokaklar” 2006-cı ildən etibarən ekranlardadır. 






Seçilən
5
2
qafqazinfo.az

3Mənbələr