ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
Xaçmazda ustanı elektrik cərəyanı vurub.
"Unikal"ın məlumatına görə, rayon sakini 59 yaşlı Daşdəmirov Şahin Qurban oğlu işlədiyi avtomobil sexində elektrik xəttlərini bərkidən zaman dirəyə toxunub və nəticədə onu elektrik cərəyanı vurub.
Ş.Daşdəmirov Təcili Tibbi Yardım ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Asiman Qaraca
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.