Editor.az The Guardian-a istinadən xəbər verir ki, yazır ki, ABŞ prezidenti Donald Trampın Aляskada keçiriləcək görüşdə Rusiya lideri Vladimir Putini mövqeyini dəyişməyə inandırması çox çətin olacaq.
Səbəb isə Rusiya qüvvələrinin Donetsk vilayətində cəbhə xəttini yararaq irəliləməsidir.
Məlumata görə, Rusiya ordusunun Dobropoliya yaxınlığında əldə etdiyi uğur Ukrayna üçün əlverişsiz anda baş verib. Şəhər əvvəllər Pokrovskdan Kramatorska gedən mühüm təchizat yolları üzərində yerləşsə də, hazırda davamlı olaraq planlaşdırılan bombalarla və hərəkətdə olan hədəfləri vuran FPV dronlarla zərbələrə məruz qalır.
Hərbi ekspertlər bildirirlər ki, Rusiya ordusu getdikcə daha koordinasiyalı hücum taktikasına keçib – Ukrayna pilotsuz uçuş aparatları qruplarını və hərəkətdə olan qoşunları daha effektiv hədəfə alır. Eyni zamanda, Ukrayna qüvvələrinin müdafiə xətti getdikcə daha çox uzanır.
//Samir Qurbanov, Editor.az