AZ

KİV: “Tezliklə Ermənistanın yeni konstitusiyasının hazırlanmasına başlanılacaq”

Ermənistanın Konstitusiya İslahatları Şurası yaxın günlərdə ölkənin yeni konstitusiyasının hazırlanması ilə bağlı iclaslar keçirəcək.

Oxu.Az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti bu barədə məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, Şura yeni konstitusiyasının hazırlanmasını cəmiyyətin tələbi kimi təqdim etməyə hazırlaşır.

Məlumatda, həmçinin qeyd olunur ki, Vaşinqton razılaşmasından sonra Bakı bəyan edib ki, sazişin yekun variantını imzalamaq üçün Ermənistanın Baş naziri Nikol Paşinyana konstitusiyanın dəyişdirilməsi barədə göstəriş verib.

Seçilən
3
2
editor.az

3Mənbələr