AZ

Dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar artıb

Cari ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən muxtar respublika büdcəsinə 398,5 min manat vəsait daxil olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu, əvvəlki illə müqayisədə 92,1 faiz çoxdur.

Hesabat dövründə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 138 yeni icarə müqaviləsi bağlanmış, 119 icarə müqaviləsinin müddəti uzadılmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni icarə müqavilələrinin sayı 66 ədəd və ya 91,6 faiz, müddəti uzadılmış müqavilələrin sayı 40 ədəd və ya 50,6 faiz çox olub.

​​​​​​"Cebheinfo.az"

Seçilən
31
8
cebheinfo.az

9Mənbələr