AZ

Bakıxanovda marketdən lotoreya biletləri oğurlayan şəxs saxlanılıb

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən 200 manat pul, 800 manat dəyərində lotereya biletləri və tütün məmulatları oğurlanıb.

Bu barədə Operativ Media-ya DİN-dən məlumat verilib.

Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Nəcəfzadə müəyyən olunaraq saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.

Seçilən
67
9
operativmedia.az

10Mənbələr