AZ

Daha 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verildi

Azərbaycan Mərkəzi Bankı (AMB) daha 3 ödəniş təşkilatına -"Baku Pay", "CİBPay" və "Guavapay" MMC-lərə icrası məcburi göstəriş verib.

Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, bu addım “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.3-cü bəndləri ilə əlaqəli məcmu kapitalın minimum miqdarına olan tələbin pozuntusu halının aradan qaldırılması, habelə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.

Seçilən
25
19
axar.az

10Mənbələr