AZ

"Ümid edirəm ki, bunu bacararam"

Dünyanın bir nömrəli tennisçisİ Yannik Sinner Sinsinnatidə (ABŞ) "Masters"in 1/4 finalına vəsiqəni dəyərləndirib. 

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı tennisçi bu barədə jurnalistlərə açıqlama verib.

"Xoşbəxtəm. İstənilən turnirdə hər 1/4 finala vəsiqə mənim üçün çox şey deməkdir. Təbii ki, öz səviyyəmi yüksəltməyə çalışıram. Ümid edirəm ki, bunu bacararam. Yoxsa, ABŞ-da keçiriləcək "Böyük Dəbilqə" turnirinə qədər burada üç oyun keçirməyə çox şad olaram. Görək bundan sonra nə olacaq"

Qeyd edək ki, italyan tennnisçi dördüncü raundda 37 yaşlı fransalı Adrian Mannarinonu (89-cu pillədə) 6:4, 7:6 (7:4) hesabı ilə məğlub edib. Sinnerin Sinsinnatidə keçirilən Masters yarışının 1/4 finalında rəqibi 25 yaşlı kanadalı Feliks Auqer-Aliassime olacaq.

Seçilən
43
90deqiqe.az

1Mənbələr