AZ

"Araz-Naxçıvan"ın vingeri yeni mövsümə 1-ci Liqa klubunda başlayacaq

"Araz-Naxçıvan"ın futbolçusu Bayraməli Qurbanovun yeni mövsümə harada başlayacağı dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı vinger 1-ci Liqa təmsilçisi "Difai"yə keçib.

Daha öncə də icarə əsasında bu klubda oynamış futbolçu artıq köhnə-yeni komandasının məşqlərinə qoşulub.

Xatırladaq ki, "Difai" ötən mövsüm 1-ci Liqadakı mübarizəni 9-cu pillədə tamamlayıb. Sözügedən kollektiv 2-ci Liqada 4-cü yeri tutmuş "Quba"nı pley-off matçında yenərək (3:1) liqada qalıb. 

Nihat

Seçilən
10
1
fanat.az

2Mənbələr