Rusiya delegasiyasının ilk təyyarəsi Alyaskaya yola düşüb. Delegasiya Putin və Tramp arasında planlaşdırılan tarixi sammiti hazırlayacaq.
Sammit 15 avqustda keçiriləcək, əsas mövzu isə Ukraynada sülhdür. Müzakirələrdə ərazi dəyişiklikləri və Kiyevin NATO-ya qoşulmaması məsələləri də gündəmə gələ bilər.
Ötən gün Tramp, Zelenski və Avropa liderləri arasında videokonfrans keçirilib. Avropa tərəfi ABŞ-dan Rusiyaya qarşı danışıqlarda Ukrayna və Avropanın maraqlarını nəzərə almağı xahiş edib.
//Samir Qurbanov, Editor.az