Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Lənkəranda azyaşlını maşın vurub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə səhər saatlarında Lənkəran şəhərinin 20 Yanvar küçəsində qeydə alınıb. Hərəkətdə olan "QAZ-3110" markalı nəqliyyat vasitəsi yolu əks istiqamətə keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub. Azyaşlı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.