Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək görüş Moskva vaxtı ilə sabah saat 22:30-da başlayacaq və liderlərdən başqa, yalnız tərcüməçilərin iştirak edəcəyi təkbətək söhbətlə açılacaq.
APA xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.