AZ

Prezident Özbəkistanla dörd sazişi TƏSDİQLƏDİ

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyev Özbəkistanla imzalanmış dörd sənədi təsdiqləyib.

Hafta.az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sənədlər bunlardır:

1. "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş";

2. "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsi arasında səlahiyyətli iqtisadi operator institutlarının qarşılıqlı tanınması haqqında Saziş";

3. "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında elm, peşə təhsili və ali təhsil sahələrində əməkdaşlığa dair Saziş";

4. "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında surəti köçürülmüş, oğurlanmış, itirilmiş və cinayətkar fəaliyyət ilə əlaqəli mobil cihazlar barədə məlumat mübadiləsinin təşkili haqqında Saziş".

Qeyd edək ki, hər dörd saziş 2025-ci il iyulun 2-də Bakı şəhərində imzalanıb.

Seçilən
14
46
hafta.az

10Mənbələr