AZ

Zəngəzurla bağlı rəsmi açıqlama: Başlayırıq

BAKI, 14 avqust. TELEQRAF

“Sülh müqaviləsinin paraflanması bizi sülhə çox böyük addım yaxınlaşdırır, məncə, bu, Ermənistan Respublikasının hər bir vətəndaşı üçün gözlənilən, vacib və sevindirici hadisədir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə naziri Davit Xudatyan deyib.

Onun sözlərinə görə, paraflanmış sazişin mətnində Ermənistan üçün faciəli və ya bədbəxt heç nə yoxdur:

“Azərbaycan ərazisindən keçəcək yollar Ermənistan üçün açılır, çünki blokadanın götürülməsi ikitərəfli prosesdir”.

Xudatyan bildirib ki, Azərbaycanla ölkəsi arasında yolların (və ya Zəngəzur dəhlizinin) açılması Ermənistanın inkişafı baxımından çox vacibdir:

“Bu mərhələ üçün nə qədər lazım idisə, o qədər məlumat çatdırılıb və hazırda ona əlavə edəcəyim heç bir şey yoxdur. Yaxın gələcəkdə iş prosesləri başlayacaq və əlavə məlumatların çatdırılmasına ehtiyac yarandığı andan etibarən hökumət həmin məlumatları mütləq çatdıracaq”.

Seçilən
19
1
teleqraf.com

2Mənbələr