Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən marketlərin birindən 200 manat pul, 800 manat dəyərində lotereya biletləri və tütün məmulatları oğurlanıb.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 30 yaşlı N.Nəcəfzadə müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta