Paralimpiya çempionu İmaməddin Xəlilov (70 kq) dünya reytinq sıralamasındakı liderliyini qoruyub.
Operativ Media xəbər verir ki, o, Dünya Parataekvondo Federasiyası tərəfindən açıqlanan yeni reytinq cədvəlində 662.85 xalla liderliyini davam etdirir.
Paralimpiya Oyunlarının bürünc medalçısı, ötən ay Avropa Gənclər Paralimpiya Oyunlarında qızıl medal qazanan Sabir Zeynalov (58 kq) isə 356.66 xalla üçüncü pillədə qərarlaşıb.