AZ

Pakistandan qeyri-nüvə müharibəsi üçün RAKET QÜVVƏLƏRİ

Yazını böyüt
Yazını kiçilt

Pakistan kütləvi qırğın silahlarından istifadə olunmayan müharibədə silahlı qüvvələrin döyüş qabiliyyətini artıracaq raket qüvvələri yaradıb.

Hafta.az "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

"Raket qoşunları ən müasir silahlarla təchiz olunacaq, bu, döyüş qabiliyyətinin gücləndirilməsində mühüm mərhələyə çevriləcək", - deyə hökumət başçısı İslamabadda keçirilən mərasimdə qeyd edib.

Xatırladaq ki, Pakistan Hindistanla münasibətlərdəki hərbi gərginlik fonunda silahlı qüvvələrin yeni növünün yaradıldığını elan edib.

Seçilən
33
1
hafta.az

2Mənbələr