AZ

Nazir: Azərbaycanla sülh müqaviləsinin mətnində Ermənistan üçün faciəli heç nə yoxdur

Azərbaycanla sülh müqaviləsinin paraflanmış mətnində Ermənistan üçün faciəli və ya uğursuz heç nə yoxdur.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu cümə axşamı keçirdiyi brifinqdə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan bildirib.

“Əvvəllər sülh müqaviləsinin mətni ilə bağlı müxtəlif məşum şərhlər verilirdi, lakin mətnin bu yaxınlarda dərcindən sonra məlum oldu ki, orada Ermənistan üçün dəhşətli, faciəli və ya uğursuz heç nə yoxdur”, - o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla paraflanmış sazişdən Ermənistan ərazi bütövlüyü və suverenliyi qorunmaqla bağlanmamış yolların açılmasını qazanır ki, bu da ölkənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

O, həmçinin qeyd edib ki, imzalanmış sənədlərin həyata keçirilməsi üçün yaxın vaxtlarda işgüzar proseslərə başlanacaq, işçi qruplar yaradılacaq.

Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidentinin iştirakı ilə 7 bənddən ibarət birgə bəyannamə imzalayıblar. Bu sənədin bəndlərindən biri regional kommunikasiyaların blokdan çıxarılması çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) işə salınması ilə bağlıdır. Bundan əlavə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri “Sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında” Sazişi paraflayıblar.

Seçilən
46
report.az

1Mənbələr