Rusiya diktatoru Putinin atası aqressiyadan əziyyət çəkib və gəncliyində gələcək həyat yoldaşının gözünü yaba ilə çıxarıb. Bundan sonra Vladimir(böyük) qurbanı ilə evlənmək məcburiyyətində qalıb, əks halda həbsxanaya düşəcəkdi.
Herbiand.az Moderator.az -a istinadla xəbər verir ki, bunu tarixçi-publisist Konstantin Skorkin və rusiyalı jurnalist Dmitri Nizovtsev “Facebook”da jurnalistlər Roman Badanin və Mixail Rubinin “Çarın özü” kitabından bir fraqmentə istinadla yazıblar.
Skorkin diktator Putinin lovğalanaraq guya atasını sərxoş halda görmədiyini və ondan bircə dəfə də olsun söyüş eşitmədiyini söylədiyini xatırladıb.
"Ola bilsin ki, gənc Volodya həqiqətən ailədə zorakılıqdan və nalayiq sözlərdən qorunub. Lakin oxucular Putinin anasının gəncliyindən təkgözlü olmasını da xatırlamalıdırlar, çünki gələcək Rusiya liderinin atası qəzəb içində onun digər gözünü yaba ilə çıxarıb", - Skorkin yazır.
Belə ki, 2002-ci ildə “Moskovski Komsomolets” qəzetindəkibir məqalədə təxminən 1928-ci ildə Tver vilayətinin kəndlərindən birində Vladimirin(ata) dostları ilə qonşu kənddən bir qızın yanına gəldiyi faciəli axşam haqqında məlumat verir.
"Amma Volodka (Putinin atası) tək deyil, dostları ilə gəlmişdi. Marusya (Putinin anası) onları içəri buraxmaq istəməyib və onlar hasarın yanındakı yabaları
götürərək darvazanı sındırmağa başlayıblar. O, qorxub, evdən qaçıb və hasara sığınıb. Bu zaman Volodka (Putinin atası) yaba ilə hasarın həmin yerinə zərbə vurub və yabanın ucu düz Marusyanın gözünə batıb. Qısası Volodka təsadüfən qızın gözünü kor edib. Dərhal onu xəstəxanaya aparıb. Orada Marusyanın gözünü çıxarmağa məcbur olublar”, - deyə 2002-ci ildə Putinin həmkəndlisi, kənd sovetinin keçmiş sədri Anfisa Kormilitsına xatırlayıb.
Onun sözlərinə görə, bu hadisədən sonra qızın qohumları Putinin atasını onunla evlənməyə məcbur ediblər.
"O vaxtlar bir qız üçün biabırçılıq idi: qüsurlu qadınla kim evlənəcəkdi! Ona görə də Marusyanın anası Volodkanı hədələyib: ərə getməsən, səni məhkəməyə verəcəm. Odur ki, evləniblər! Marusya o zaman şüşə gözündən çox utanırdı, danışanda heç kəsin birbaşa üzünə baxmırdı, başını yana əyirdi. Sonra Volodka Leninqradda zavodda işə düzəlib və Marusya ilə oraya köçüblər”, - Putinlərin həmkəndlisi diktatorun valideynləri haqqında bunları danışıb..
Ailənin tarixçəsi gözəldir: evə hücum, darvazanın sökülməsi, çıxarılmış göz, məcburi evlilik (Marusyadan soruşan olubmu?). Daha bunlara nə əlavə edəsən?", -deyə jurnalist Nizovtsev qeyd edib.