AZ

İmişli mövsüm start götürmədən baş məşqçi dəyişikliyi barədə düşünür

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Misli Premyer Liqasında yeni mövsüm hələ start götürməsə də, artıq bir klubda baş məşqçi dəyişikliyi gündəmə gəlib.

Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, "İmişli" rəhbərliyi futbolçuların portuqaliyalı çalışdırıcı Xorxe Kaskilyadan narazılığını nəzərə alaraq, "sükan arxasına" yerli mütəxəssis dəvət etməyi planlaşdırır.

Bildirilir ki, "pələnglər" ilk turlarda uğursuzluğa düçar olacağı təqdirdə rəsmilər Sənan Qurbanovu baş məşqçi postuna dəvət etməyi düşünürlər.

Qeyd edək ki, S.Qurbanov karyerası ərzində "Qəbələ"nin, "Keşlə"nin (indiki "Şamaxı") baş məşqçisi kimi çalışıb. "Neftçi"də isə baş məşqçinin köməkçisi olub. 45 yaşlı mütəxəssis "Qəbələ" və "Keşlə" ilə ölkə kubokunun qalibi olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
oxu.az

2Mənbələr