AZ

Ən böyük vulkan idi, daha da böyüdü

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Avrasiya materikindəki ən hündür fəaliyyət göstərən vulkan olan Klüçevskaya Sopka, son püskürmədən sonra daha da hündürləşib.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, ancaq vulkanın nə qədər hündürləşdiyi hələlik məlum deyil. Əvvəllər onun hündürlüyü 4688–4750 metr arasında dəyişib.

Vulkan püskürməsi 30 iyulda başlayıb. Qərb yamacı boyunca qızmış lava axını, vulkan üzərində güclü işıqlanma və partlayışlar müşahidə olunub.

Səbəb isə Kamçatkada 8,8 maqnitudalı zəlzələ olub. Təxminən iki həftə sonra Klüçevskoy vulkanı il ərzində ikinci dəfə püskürərək havaya 10 kilometr hündürlüyündə kül sütunu atıb.

Hazırda püskürmə başa çatıb, lakin maqmanın çökməsi səbəbindən kiçik püskürmələrin baş verməsi mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
102
50
globalinfo.az

10Mənbələr