ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Aston Villa”nın futbolçusu Leon Beyli karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, yamaykalı cinah oyunçusu “Roma”nın diqqət mərkəzindədir. Bu barədə “The Athletic” nəşri məlumat yayıb. İtaliya klubu Beylini icarəyə götürmək istəyir. Klublar arasında danışıqlar davam edir.
Beyli ötən mövsümdə Premyer Liqada 24 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.