AZ

Rusiyalı futbolçu vurduğu qolu qeyd edərkən ciddi zədələnib

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın "Dinamo" (Barnaul) klubunun hücumçusu Kirill Moqel II divizionun B liqasının XVI turunun "Orenburq-2" ilə oyununda (2:0) vurduğu qolu qeyd edərkən ciddi zədələnib. Sport24.az xəbər verir ki, 22 yaşlı futbolçu salto ataraq qolu qeyd etmək qərarına gəlsə də, yerə uğursuz düşüb.

Tibbi müayinədən sonra forvardın dizindən ciddi zədə aldığı bəlli olub. O, bu səbəbdən mövsümün qalan hissəsini buraxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
sport24.az

6Mənbələr