AZ

Həkim olmaq isətəyənlər üçün təhsilhaqqı artırılıb 6500 manat...

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yeni tədris ili üçün Azərbaycan Tibb Universitetində “Tibb” ixtisasının illik təhsilhaqqı artırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) “Abituriyent 4” jurnalında məlumat verilib.

Belə ki, ötən il bu ixtisas üzrə ödəniş 4500 manat olub. Bu il isə 2000 manat artırılaraq 6500 manata yüksəlib.

Bununla belə, “Tibb” ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də həkim olmaq istəyənlər üçün 520 yer ayrılıb.

Həmçinin Stomatologiya ixtisasının da məbləği eyni miqdarda artıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
115
8
qafqazinfo.az

10Mənbələr