AZ

Sabah ABŞ-yə səfər edəcək Putinin həbsi yenidən gündəmə gəlib


Məlum olduğu kimi, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 17 mart 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Yeniavaz.com
xəbər verir ki, Ukrayna ərazisindən uşaqların qanunsuz deportasiyasında günahlandırılan Putinin sabah ABŞ-yə səfər etməsi onun həbsini yenidən gündəmə gətirib.
Qeyd edək ki, ABŞ “Roma Statutu”nu – Beynəlxalq Cinayət Məhkəməsini təsis edən sənədi imzalasa da, ratifikasiya etməyib və sonradan bu imzanı da geri çəkib. Bu o deməkdir ki, ABŞ hüquqi baxımdan Beynəlxalq Cinayət Məhkəməsini qərarlarını icra etmək öhdəliyinə malik deyil.
Onu da bildirək ki, Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında ilk dövlətdir ki, onun başçısı haqqında həbs qərarı verilib. Ümumiyyətlə isə Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbs edilməsi tələb edilən üçüncü dövlət başçısı olub. Ondan əvvəl Sudan Prezidenti Ömər əl-Bəşir və Liviyanın dövlət başçısı Müəmmər Qəddafiyə qarşı ittihamlar irəli sürülüb.
Məlumat üçün onu da qeyd edək ki, Putin ötən ilin sentyabr ayında Monqolustana səfər edib. Monqolustan “Roma Statutu”nu imzalyan və qəbul edən ölkə olmasına baxmayraq Beynəlxalq Cinayət Məhkəməsi qarşısında götürdüyü öhdəliyə qarşı çıxaraq Putini həbs etməyib.

Murad Məmmədov
Seçilən
0
2
yeniavaz.com

3Mənbələr