AZ

"Çelsi"nin futbolçularından Jotanın ailəsinə jest

“Çelsi” klubunun futbolçuları klublararası dünya çempionatındakı qələbəyə görə qazandığı bonusun bir hissəsini "Liverpul"un vəfat etmiş futbolçusu Dioqo Jota və onun qardaşı Andre Silvanın ailəsinə bağışlayacaq.

Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

London klubu turnirdəki qələbəyə görə ümumilikdə 15,5 milyon dollar ayırıb. Futbolçular isə bu məbləğin bir hissəsini məhz vəfat edən həmkarlarının ailəsinə ayırmaq qərarına gəliblər.

Qeyd edək ki, iyulun 3-də 28 yaşlı Jota və 25 yaşlı qardaşı İspaniyada baş vermiş yol qəzası nəticəsində həyatını itirib.

Seçilən
94
publika.az

1Mənbələr