Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olanNeftçala Sənaye Məhəlləsinin rezidenti “KƏHF” MMC tərəfindən2022-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla Özbəkistana vəQırğız Respublikasına 1200 tondan çox balıq yemi məhsulu ixracedilib.
Bu barədə Trendİqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Bu, həm də Azərbaycanın Özbəkistana və Qırğız Respublikasınabalıq yem istehsalı sahəsində ilk məhsul ixracıdır. Həmçinin,şirkət tərəfindən hazırda İraqa və Qazaxıstana balıq yemiməhsulunun ixracı istiqamətində də danışıqlar aparılır.
İnvestisiya həcmi 12 milyon manatdan çox olan müəssisəAzərbaycanda balıq yemi istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur.Avstriya və Türkiyənin qabaqcıl texnologiyaları ilə təchiz edilmişmüəssisənin illik gücü 35 min ton balıq yemi, 10 min ton isə heyvanyemi istehsalı təşkil edir. Zavodda 20 nəfərdən çox daimi iş yeriyaradılıb.
Qeyd olunub ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindənmüəssisəyə 5,9 milyon manatlıq güzəştli kredit ayrılıb.