AZ

Putin və Trampın Alyaska görüşü iki lider arasında dördüncü sammit olacaq

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçirilən görüş iki lider arasında dördüncü sammit kimi tarixə düşəcək.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Trampın avqustun 15-də Alyaskada görüşmək təklifi Rusiya prezidenti Putin tərəfindən qəbul edilib.

Trampın əvvəlki dövründə ilk dəfə 2017-ci ildə Almaniyada görüşən iki lider Suriya, Ukrayna və ikitərəfli əlaqələrlə bağlı bəzi sahələrdə razılığa gələ bilsələr də, digər görüşlər nəticəsiz qalıb.

Bəzi liderlərin sammitləri müxtəlif səbəblərdən ləğv edilsə də, Putin və Tramp qısa görüşlər keçirib.

İki prezident ilk dəfə Amerika torpaqlarında görüşəcək.
Ötən il ikinci müddətə prezident seçilən Tramp yanvar ayında vəzifəyə gələndən sonra Putinlə bir neçə dəfə telefon danışığı aparıb.

İki lider, həmçinin vaxtaşırı Rusiyaya səfər edən Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff vasitəsilə də əlaqə saxlayıb.

Avqustun 6-da Kreml sarayında Vitkoffun Putin tərəfindən qəbulundan sonra iki liderin avqustun 15-də ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində görüşəcəyi bildirilir.

Amerika torpaqlarında keçirəcəkləri ilk görüşdə iki liderin Ukrayna böhranının həlli yolları, Rusiya ilə ABŞ arasında münasibətlərin yaxşılaşdırılması, həmçinin nüvə, strateji və regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
4
1
turkustan.az

2Mənbələr