AZ

Keçmiş ərinin baltaladığı Dilbər ifadə verəndən sonra niyə öldü?

Füzuli Rayon Mərkəzi Xəstəxanasının həyətində həmin xəstəxanada laborant işləyən Dilbər Namazovanın qətlə yetirilməsinin təfərrüatı məlum olub.

 

Dilbər başına balta zərbələri aldıqdan sonra xəstəxanaya yerləşdirilib. Özünə gələn kimi müstəntiqə ifadə verən Dilbər iki gün sonra evə buraxılıb. Halı pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

 

Qətli törədən Dilbərin keçmiş əri 48 yaşlı Elsevər Bağırov həbs edilib.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə ittiham olunan Elsevər 18 il mddətinə azadlıqdan məhrum edilib.

 

Hadisə 2024-cü il noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasının rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən binasının həyətində baş verib. Elsevər Bağırov xəstəxananın Laboratoriya şöbəsində laborant işləyən keçmiş həyat yoldaşı Dilbər Namazovanın işdən çıxmasını gözləyib. E.Bağırov keçmiş həyat yoldaşı işdən çıxan zaman onun baş nahiyyəsinə balta ilə xəsarətlər yetirib. Hadisə baş verən zaman Dilbərin yanında iş yoldaşı da olub. elsevərin əlində balta ilə Dilbərə yaxınlaşdığını da ilk o görüb. Qışqıraraq kömək istəsə də Elsevər ilk fürsətdə Dilbərə zərbə endirib. İlk zərbəni başından alan Dilbər yerə yıxılıb. Elsevərə təkrar balta ilə onun başına vurub. Ətrafda olanlar Elsevəri tutaraq növbəti dəfə vurmasına imkan verməyiblər.

 

Ağır vəziyyətdə xəsətxanaya çatdırılan Dilbər gözlərini aça bilib. O, müstəntiqə ifadə də verib. İki gün sonra xəstəxanadan çıxarılıb. Halı pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Hadisədən 4 gün sonra...

 

Dilbər ölmədən öncə müstəntiqə verdiyi ifadəsində Elevərin onu uzun müddətdir ölümlə təhdid etdiyini deyib. Dilbər söyləyib ki, normal münasibətləri olmadığı üçün Elsevərdən ayrılıb və atasının evində iki övladı ilə yaşamağa başlayıb. Dilbər xəstəxanada işlədiyi dövrdə Elsevərin əsassız bəhanələr gətirərək onu narahat etdiyini deyib. Bildirib ki, Elsevərdən bir neçə dəfə polisə də şikayət edibmiş. Dilbər heç bir şəxslə münasibəinin olmadığını, Elsevərin bunu bəhanə edərək onu narhat etdiyini deyib. Dilbər onu da deyib ki, Elsevərdən etdiyi şikayətlər polisdə araşdırılırmış...

 

Dilbərin dediklərini onun qızı da təsdiq edib. Bildirib ki, ataları Elsevər həmişə onlara əziyyət verib, döyüb və ölümlə hədələyib. Atalarının onlarla maraqlanmadığını deyən azyaşlı bildirib ki, nə özü, nə də qardaşı atasını görmək istəməyib. Ataları isə “uşaqlarımı mənə göstərmirlər” bəhanəsi ilə anası ilə mübahisələr edib. Mərhumun qızı bildirib ki, atasının onları təhdid etməsi ilə bağlı mesajlar telefonda var.

 

Elsevərin digər övladı isə, ümmiyyətlə, atasını görmək istəməyib. İllər imiş ata və oğul görüşmürmüş.

 

Elsevər ifadəsində keçmiş arvadını qısqanclıq zəminində cəzalandırdığını desə də iş üzrə dindirilən bütün şahidlər Dilbərin heç kimlə əlaqəsinin olmadığını deyiblər.

 

Məhkəmə ifadə verən Elsevər deyib ki, ailədaxili problemləri olduğuna görə 2018-ci ildə Dilbərdən boşanıb. Amma 2023-cü ilin avqustuna qədər birlikdə yaşayıblar:

 

“Sonra yenə də mübahisələr başladı. Tamamilə ayrı yaşamağa başladıq. Dilbərin Sahib və Fuad həkimlə münasibətləri xoşuma gəlmirdi. Dilbər məzuniyyətdə olduğu vaxt da işə gedirdi. Dilbərin Fuad həkimin maşınına minməsini qəbul edə bilmirdim”.

 

Elsevər xəstəxanaya gedən zaman belində balta olmasını izah edərkən deyib: “Çayxanada işlətmək üçün almışdım. Gedəndə də üstümdə idi. Dilbəri öldürmək niyətim olmayıb. Dilbərə 1-2 dəfə balta ilə yüngül zərbə vurdum. Sonra da baltanı yerə atdım”.

 

Hadisə şahidləri deyiblər ki, Elsevər Dilbərə əlavə zərbələr vurmaq istəyərkən hadisə yerində olanlar buna imkan verməyərək baltanı onun əlindən alıblar.

 

Məhkəmədə şahid qismində Dilbərin münasibətdə olduğu iddia edilən həkim də ifadə verib. Həkim bildirib ki, Dilbər kollektivdə dürüst, namuslu və övladları üçün fədakarlıq edən xanım kimi tanınıb. Onun heç kimlə münasibət olmayıb.

 

Mərhumun ailəsi Elsevərin iddialarını əsassız hesab edərək qızlarına böhtan atıldığını deyiblər. Bildiriblər ki, Elsevər ailəsi ilə maraqlanmayan biri olub və uşaqlarına qarşı da laqeyid münasibət göstərib. Həmçinin əlavə ediblər ki, uşaqları özləri Elsevəri görmək istəməyib.

 

Məhkəmə zamanı məlum olub ki, mərhumun ailəsi Elsevərə qarşı 20 min yas xərcləri olaraq mülki iddia, 30 min isə mənəvəri zərərə görə iddia qaldırıblar.

 

Məhkəmə Elsevəri 18 il azadlıqdan məhrum etməklə yanaşı maddi tələbin 10 min, mənəvi tələbin isə 20 minlik hissəsini təmin edib.

 

Musavat.com

Tarix: 14 Avqust 2025, 16:19   
Seçilən
2
1
pravda.az

2Mənbələr