AZ

SON DƏQİQƏ! Bu ölkə Ukraynaya qoşun göndərməyə hazırlaşır

Ukraynanı dəstəkləyən “Aktivistlər Koalisiyası”na qoşulan ölkələr təhlükəsizliyin təmin edilməsi üçün silahlı qüvvələrini Ukrayna ərazisində yerləşdirməyə hazır olmalıdırlar.

Bizim.Media LRT nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Litva Prezidenti Gitanas Nauseda bildirib.

Onun sözlərinə görə, çərşənbə günü koalisiyanın onlayn iclası keçirilib və iştirakçı ölkələrin liderləri Ukraynadakı vəziyyəti, eləcə də ABŞ və Rusiya prezidentlərinin qarşıdakı görüşünü müzakirə ediblər.

“Uyğun şərait yarandıqda Ukraynada təhlükəsizliyi təmin etmək üçün qüvvələrimizi yerləşdirməyə hazır olmalıyıq”, – deyə Nauseda vurğulayıb.

O əlavə edib ki, Vilnüs birgə qüvvələrə hərbçilər və hərbi təlim imkanları təqdim etməklə öz töhfəsini verməyə hazırdır. Dövlət başçısı qeyd edib ki, hərbi əməliyyatların dayandırılmasına yönəlmiş səylər alqışlanır, lakin bu, yalnız Ukrayna və Avropa üçün əlverişli şərtlərlə baş verməlidir.

Nauseda həmçinin bildirib ki, hər hansı real danışıqlara başlamazdan əvvəl şərtsiz və hərtərəfli atəşkəsin əldə edilməsi əsas şərtdir.

Bizim.Media

Seçilən
48
50
bizim.media

10Mənbələr