14 avqust tarixində Ukrayna ilə Rusiya arasında yeni əsir mübadiləsi həyata keçirilib. 84 ukraynalı — hərbçilər və mülki şəxslər — vətənlərinə geri dönüblər. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenskiy öz Telegram kanalında məlumat verib.
Prezident bildirib:
“Azad olunanların əksəriyyətinə tibbi yardım və reabilitasiya lazımdır.”
“Mülki şəxslər arasında Rusiyanın əsirliyində 2014, 2016 və 2017-ci illərdən qalanlar var.”
“Hərbçilər arasında Mariupol müdafiəçiləri də daxildir.”Zelenskiy əsirlərin azad edilməsinə kömək edən hər kəsə təşəkkürünü bildirib.
//Samir Qurbanov, Editor.az