Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən danışıqlar Ukrayna böhranının həllində irəliləyişə nail olmaq üçün real şansdır.
Operativ Media xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keir Starmerin Vladimir Zelenski ilə şəxsi danışıqlarının yekunlarına dair yaydığı bəyanatda deyilir.
“Onlar sabah Tramp və Putin arasında irəliləyiş əldə etmək üçün real fürsəti təmsil edən Alyaskada keçiriləcək danışıqları müzakirə ediblər”, - məlumatda deyilir.