AZ

Hindistanda leysan nəticəsində 20 nəfər ölüb, itkin düşənlər var

Azertag saytına istinadən ain.az xəbər verir.

Pekin, 14 avqust, AZƏRTAC

Hindistanda leysan yağışları nəticəsində azı 20 nəfər ölüb, bir neçəsi itkin düşüb.

AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, bu hal ölkənin Kiştvar rayonunun Çositi kəndinin yaxınlığında qeydə alınıb. Dəniz səviyyəsindən təxminən 2 min 900 metr yüksəklikdə yerləşən kəndin ətrafındakı məbədə dini ayin üçün toplaşmış yüzlərlə zəvvar anidən başlayan güclü yağışa düşüb.

Hazırda itkin düşənlərin axtarışı aparılır. Dağlıq relyef axtarış işlərini çətinləşdirir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
3
azertag.az

5Mənbələr