AZ

“Agroterm” MMC nizamnamə kapitalını azaldır

 Azərbaycanda pomidor istehsalı ilə məşğul olan olan “Agroterm” MMC-nin nizamnamə kapitalının 2 milyon 100 min manat azaldılır.

Yenisabah.az xəbər verir ki, “Agroterm” MMC təsisçilərin qərarı ilə 22 milyon 362 min 455 manat həcmində olan nizamnamə kapitalını 2 milyon 100 min manat məbləğində azaldılaraq 20 milyon 262 min 455 manat olmasını elan edir.

Ötən il isə cəmiyyətin nizamnamə kapitalı 23 712 455 manat məbləğdən azaldılaraq 22 362 455 manat müəyyən edilmişdi. Sezar pizza

Qeyd edək ki, “Agroterm” MMC 14 aprel 2017-ci ildə dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi Elmar Əliyevdir.  Şirkət Xızı rayonunda fəaliyyət göstərir.


Telegram kanalımız
Seçilən
0
3
yenisabah.az

4Mənbələr