AZ

Balanslı qidalanmanın sağlamlığa təsiri

Yeterli və balanslı qidalanma yalnız aclığı aradan qaldırmaq deyil, həm də sağlamlığı qorumaq, inkişaf etdirmək və həyat keyfiyyətini artırmaq deməkdir.


Pravda.az bildirir ki, karbonhidratlar enerji təmin edir, zülallar (proteinlər) əzələ qurur və tox hiss etdirir, vitaminlər immuniteti gücləndirir, minerallar sümük və hüceyrə sağlamlığını dəstəkləyir, yağlar vitaminlərin mənimsənilməsinə kömək edir, su isə orqanizmin əsas funksiyalarını tənzimləyir.


Bu qida qruplarını balanslı şəkildə qəbul etmək xəstəlik riskini azaldır, zehni və fiziki enerjini artırır, bədəni daha güclü və sağlam saxlayır.


Əminə Bayramova 

Tarix: 14 Avqust 2025, 17:01   
Seçilən
3
pravda.az

1Mənbələr