AZ

Azərbaycan dünyanın ən kasıb ölkələrinə nə satır?


Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcminə görə dünyada son sıralarda yer alan bəzi ölkələrə müxtəlif məhsullar ixrac edir.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, adambaşına düşən ÜDM-nin cəmi 378 dollar olduğu Əfqanıstana Azərbaycan əsasən dizel satır.
Bu ilin ilk yarısında Azərbaycandan Əfqanıstana bir litrinin orta gömrük dəyəri 84 qəpik olan 28 min 446 ton dizel ixrac edilib.
Bundan başqa Azərbayan dünyanın daha bir yoxsul ölkəsi hesab edilən Qambiyaya 6 ay ərzində 898 min 560 ədəd yumurta satıb. Bir ədəd yumurtanın orta gömrük dəyəri 10,4 qəpik olub.
Kasıb ölkələrin sıralamasında olan Yəmənə isə bu ilin ilk yarısında 258,6 ton vafli satmışıq. Yəmənə ixrac edilən vaflinin bir kiloqramımım orta gömrük dəyəri isə 4,3 manat olub.

Elnur Əli
Seçilən
0
2
yeniavaz.com

3Mənbələr