AZ

İran Netanyahunun “Böyük İsrail” açıqlamasına sərt reaksiya verdi

İran, İsrailin Baş naziri Binyamin Netanyahunun “Böyük İsrail” vizyonu ilə bağlı açıqlamalarına kəskin etiraz edib.

Mehr agentliyinin məlumatına görə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bekai bildirib ki, Netanyahunun “tarixi və mənəvi missiya”dan, eləcə də “Nil çayından Fərata qədər” sərhədlərə sahib olmaqdan danışması region ölkələrinin ərazi bütövlüyünə qarşı “faşist” niyyətlərin açıq ifadəsidir.

Diplomat qeyd edib ki, bu kimi açıqlamalar BMT Nizamnaməsinin və beynəlxalq hüququn məcburi normalarının açıq şəkildə pozulmasıdır. O, BMT Baş katibini, İslam Əməkdaşlıq Təşkilatını və bütün hökumətləri bu ritorikanı qəti şəkildə pisləməyə çağırıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr