“Real” “River Pleyt”dən heyətinə qatdığı argentinalı yarımmüdafiəçi Franko Mastantuononu rəsmən təqdim edib.
Publika.az xəbər verir ki, tədbir bu gün “Real Madrid Siti”də baş tutub. 18 yaşlı argentinalı komandada 30 nömrəli forma ilə çıxış edəcək.
Mastantuono Madrid klubu ilə 30 iyun 2031-ci ilədək müqavilə imzalayıb. Onun transfer xərci 45 milyon avro təşkil edib.
Heybət