AZ

Daha bir ana ölümü: Qeysəriyyədən sonra nə üçün ağırlaşma baş verir?

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Əməliyyatdan öncəki analizlərdə problem olmaması əməliyyat zamanı hansısa problemin çıxmayacağı mənasına gəlmir. Ana ölümlərinin səbəbi əksər hallarda qanaxma, infeksiya, tromboz (qan laxtalanması) olur. Qanaxma hər əməliyyatdan sonra baş verə biləcək ağırlaşmadır".Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib. O bildirib ki, tromboemboliya ehtimalı qeysəriyyə əməliyyatından sonra artır:"Bu, bütün dünyada belədir və qarşısı ən çətin alınan ağırlaşmadır. Dünyanın başqa ölkələrində də ana ölümlərinin birinci səbəbidir. Hər ölümdə mütləq günahkar axtarmaq olmaz. Bu hal hər yerdə baş verə bilir. Laxtalanma analizləri bunun göstəricisi deyil. Hər şey normal olsa belə, pasiyent qeysəriyyədən sonra tromboemboliya ola bilər".Qeyd edək ki, Qusarda ana qeysəriyyə əməliyyatından 2 gün sonra həyatını itirib. Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
demokrat.az

2Mənbələr