AZ

Kreml: Alyaska sammitində heç bir sənəd imzalanmayacaq

BAKI, 14 avqust. TELEQRAF

Rusiya və ABŞ prezidentlərinin danışıqlarından sonra Moskva və Vaşinqton hər hansı sənəd hazırlamağı planlaşdırmır.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Peskov qeyd edib ki, dövlət başçıları görüşün yekunları barədə mətbuat konfransında məlumat verəcəklər: "Sammitin yekunlarına dair sənəd imzalanması gözlənilmir, heç bir sənəd hazırlanmayıb. Hansısa sənədin imzalanması ehtimalı azdır. Amma görüşdən sonra birgə mətbuat konfransının olacaqq və bütün nəticələr açıqlanacaq".

Seçilən
102
teleqraf.com

1Mənbələr