AZ

Pensiya "düzəldən" keçmiş baş həkimə hökm oxundu

Vətəndaşları aldadaraq külli-miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Gəncə Dəmir Yolu Xəstəxanası”nın sabiq baş həkimi Vidadi Seyidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Bəhruz Müslümovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 8 il 9 ay müddətə azadlıqdan məhrum edilib. İttihama görə, sabiq həkim 9 nəfəri aldadaraq onların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib. Vidadi Seyidov öz qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyini, xəstəxanada gözətçi götürəcəyini bildirərək onların 250 min manat pullarını ələ keçirib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
4
10
avtosfer.az

10Mənbələr