AZ

Neftçala Sənaye Məhəlləsinin rezidenti ixrac imkanlarını genişləndirir

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti “KƏHF” MMC tərəfindən 2022-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla Özbəkistana və Qırğızıstana 1200 tondan çox balıq yemi məhsulu ixrac edilib. Bu, həm də Azərbaycanın adı çəkilən ölkələrə balıq yem istehsalı sahəsində ilk məhsul ixracıdır. Bununla yanaşı şirkət hazırda İraqa və Qazaxıstana balıq yemi məhsulunun ixracı istiqamətində də danışıqlar aparır.

İnvestisiya həcmi 12 milyon manatdan çox olan müəssisə Azərbaycanda balıq yemi istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Avstriya və Türkiyənin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisənin illik gücü 35 min ton balıq yemi, 10 min ton isə heyvan yemi istehsalı təşkil edir. Zavodda 20 nəfərdən çox daimi iş yeri yaradılıb.

Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 5,9 milyon manatlıq güzəştli kredit ayrılıb.

Seçilən
0
6
vergiler.az

7Mənbələr